İçeriğe geçmek için "Enter"a basın

Azyaşlı övladını itiren ata özünü binanın üstünden atmaq istedi

16-02-2015


16.02.2015 / 21:47 xeber –

Bu gün Gəncə şəhərində intihara cəhd edən şəxsin görüntüləri yayılıb. Lent.az-ın məlumatına görə, H.Əliyev prospktindəki binanın üstünə çıxaraq özünü öldürmək istəyən şəxs FHN-in xilasediciləri tərəfindən xilas edilib.

 

 

~~~~~

 

 

13:47

 

Gəncədə 41 yaşlı kişi intihara cəhd edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 11:00 radələrində şəhərin Heydər Əliyev prospektində 8 mərtəbəli binada baş verib.

 

Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Samir İdris oğlu Mehdiyev binanın 8-ci mərtəbəsinə çıxaraq özünü yerə atmaq istəyib. Hadisə yerinə FHN-in xilasediciləri və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aparılan danışıqlar sayəsində S.Mehdiyevi fikrindən yayındırmaq mümkün olub və o binanın damından yerə salınıb.

 

Məlumata görə, dünən S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o, buna dözməyərək intihara cəhd edib.

Mənbə : Lent.az

Azyaşlı övladını itiren ata özünü binanın üstünden atmaq istedi