21:30 xeber – Azərbaycanda səfərdə olan İranın tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Təzə Pir məscidində namaz qılıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, günorta namazından sonra Qafqaz Müsəlmanları İdarəsində keçirilən görüşdə Azərbaycana səfərindən məmnun olduğunu deyən müştəhid, qədim tarixə malik Azərbaycanda olmağından şad olduğunu bildirib:
“Məni bu ölkəyə dəvət etdiklərinə görə, Azərbaycan Prezidentinə, Şeyxulislam Allahşükür Paşazadəyə təşəkkür edirəm. İslam dini bərabərlik dinidir. Mən Azərbaycanda bu bərabərliyi bir daha gördüm”.
Görüşün sonunda din xadimi xatirə kitabına öz sözlərini yazıb və Bütün Qafqazın Şeyxinə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Şeyx Hüseyn Nuri Həmədani müstəqillik qazandıqdan sonra Azərbaycana gələn ilk Ayətullah-Uzmadı.
mənbə :
anspress
elçibey özü deyirdi men türkiyelilere bel bağladım ve iranlıları hesaba qoymadım ve uduzdum
hemedanide gelib otaya bülmürem türkü danışıb ya yox ama hemedan türk torpağıdi ve bu malla özü türkdi
bu mallaların heşzadlarıda olmasa sözleri söz olur
biçax yetişse sümüye öldü var döndü yox
herden bularında üzüne gülün zerer elemesiz