İçeriğe geçmek için "Enter"a basın

Bu şəxlərə Ukraynaya giriş qadağan olunub

01-09-2015

23:55 xeber – Ukraynanın Təhlükəsizlik Xidməti Qriqoriy Leps və Nikita Mixalkov Ukraynaya girişi qadağan edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ukraynanın təhlükəsizlik xidməti ölkəyə girişi qadağan olunan 16 Rusiya mədəniyyət xadimi və jurnalistin daxil olduğu siyahını elan edib.

Ukrayna ərzisinə giriş Vladimir Kuçerenko, Yeqor Xolmoqorova və Mixail Xazinu publisistlərinə qadağan edilib.

Qara siyahıya həmçinin müğənnilər Oleq Qazmanov, İosif Kobzon,Nikolay Rastorquyev , Stas Pexa və Qriqori Leps, müğənni Valeriya və onun əri, prodüser İosif Priqojin, aktyorlar Serqey Bezrukov, Boyar Mixaili, İvan Oxlobıstin, Mixail Poreçenkov, Jerar Deparde və rejissor Nikita Mixalkov da düşüb.

Avqustun əvvəlində Ukrayna Mədəniyyət Nazirliyinin açıqladığı siyahıda 14 mədəniyyət nümayəndəsinin adı göstərilir. Bu şəxslərin Ukraynaya girişi təhlükəli hesab olunur. Qara siyahıya Qriqori Leps və Nikita Mixalkov da əlavə olunub.

Bu insanların “qara siyahı”ya düşməsinə səbəb, onların Krımın zəbt edilməsi və ya ölkənin şərqində özünü müstəqil elan etmiş respublikaların silahlı tərəfdarları dəstəkləməsi olub.

Ukraynanın Mədəniyyət Nazirliyi iyulun sonlarında 34 incəsənət xadimindən ibarət olan “ağ siyahının” birinci redaksiyasını dərc edib. Siyahıda yerlərin əksəriyyətini Rusiya aktyorları və musiqiçiləri tutublar. Siyahıya Andrey Makareviç başçılıq edir.


Qriqoriy Leps


Nikita Mixalkov

mənbə :
anspress

Bu şexlere Ukraynaya giriş qadağan olunub