İçeriğe geçmek için "Enter"a basın

Qadının içi pulla dolu çantasını elinden alıb qaçdılar – BAKIDA

15-02-2015


15.02.2015 / 14:06 xeber –

Bakının Səbail rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini, 1968-ci il təvəllüdlü Qurbanova İlhamə Mürsəl qızı bildirib ki, Ö.Daşdəmirov küçəsində 1984-cü il təvəllüdlü Dadaşov Samir Kamil oğlu ona hücum edib. Hadisə vaxtı S.Dadaşov 47 yaşlı qadının içində qızıl komplekt və 8650 manat pul olan əl çantasını zorla əlindən alaraq qaçıb.

 

Hadisəni törədən şəxs polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Mənbə : Lent.az

Qadının içi pulla dolu çantasını elinden alıb qaçdılar – BAKIDA