İçeriğe geçmek için "Enter"a basın

Sürücülerin nezerine: Bakının bu istiqametinde yollar bağlanıb

15-02-2015


15.02.2015 / 11:15 xeber –

Bakıda bəzi yollar bağlanıb. Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 17:00-dək Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Qələbə dairəsi istiqamətində, eləcə də əks istiqamətdə və Azadlıq prospekti ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində Əsas yolda nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq köməkçi yollardan istifadə etmələri tövsiyə olunur.

Mənbə : Lent.az

Sürücülerin nezerine: Bakının bu istiqametinde yollar bağlanıb