İçeriğe geçmek için "Enter"a basın

Ötən ay bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA

02-07-2019

[r32]

2 İyul, 2019  15:53 xeber – Cari ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb, bir bank isə qızıl-ziynət əşyalarının girovu ilə kreditləşməyə start verib.

“Report”un araşdırmasına əsasən, ötən ay “Rabitə Bank”da nağd kreditlər üzrə faiz dərəcələri 22%-dən 24%-ə, “Expressbank”da kiçik və orta sahibkarlıq üçün kredit dərəcələri 14%-dən 15%-ə çatdırılıb, “UniBank”da mikro kreditlər üzrə dərəcələr 20%-dən 17%-ə endirilib. Hesabat ayında “NBC Bank” lombard kreditləşməsinə başlayıb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”da, ən yüksək – “UniBank”dadır.

Avtomobil kreditləri – NBC Bank Xalq Bank

Təmir kreditləri – Bank Nikoil Xalq Bank, Accessbank

Lombard kreditləri – AmrahBank Mugan Bank

İpoteka Kreditləri – Turanbank Accessbank

Təhsil kreditləri – Xalq Bank Bank Respublika, Turanbank

Təqaüd kreditləri – Turanbank, Melli İran Bankı Azərbaycan Beynəlxalq Bankı

Mikro kreditlər – Bank Respublika Bank of Baku

Kiçik və orta biznes kreditləri – AG Bank AFB Bank

Agro kreditlər – Naxcivanbank Bank of Baku

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:



mənbə :
Report.az

Oten ay bezi banklar kredit faizlerine deyisiklik edib – Arasdirma