[r32] 
2 İyul, 2019 15:53 xeber – Cari ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb, bir bank isə qızıl-ziynət əşyalarının girovu ilə kreditləşməyə start verib.
“Report”un araşdırmasına əsasən, ötən ay “Rabitə Bank”da nağd kreditlər üzrə faiz dərəcələri 22%-dən 24%-ə, “Expressbank”da kiçik və orta sahibkarlıq üçün kredit dərəcələri 14%-dən 15%-ə çatdırılıb, “UniBank”da mikro kreditlər üzrə dərəcələr 20%-dən 17%-ə endirilib. Hesabat ayında “NBC Bank” lombard kreditləşməsinə başlayıb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”da, ən yüksək – “UniBank”dadır.
Avtomobil kreditləri – NBC Bank 
 Xalq Bank 
Təmir kreditləri – Bank Nikoil 
 Xalq Bank, Accessbank 
Lombard kreditləri – AmrahBank 
 Mugan Bank 
İpoteka Kreditləri – Turanbank 
 Accessbank 
Təhsil kreditləri – Xalq Bank 
 Bank Respublika, Turanbank 
Təqaüd kreditləri – Turanbank, Melli İran Bankı 
 Azərbaycan Beynəlxalq Bankı 
Mikro kreditlər – Bank Respublika 
 Bank of Baku 
Kiçik və orta biznes kreditləri – AG Bank 
 AFB Bank 
Agro kreditlər – Naxcivanbank 
 Bank of Baku 
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:
						
											
						
											
                      
mənbə : 
Report.az