İçeriğe geçmek için "Enter"a basın

Senator Əliyev-Putin-Ruhani görüşünün vaxtını açıqladı

02-07-2019

[r32]
Yeni format hazırlanıb Rusiya, Azərbaycan və İran Prezidentləri avqustun 14-ü Soçidə görüşəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bildirib.
“Yeni format hazırlanıb – Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq”, – deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib.
Qeyd edək ki, daha əvvəl Şimali Qafqaz işlər üzrə Sergey Çebotarov bəyan etmişdi ki, Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü bu ilin avqustunda Soçidə keçiriləcək. Lakin o həmin vaxt dəqiq vaxtı açıqlamamışdı.
2019-07-02T15:48 xeber – /strong
mənbə :
Sputnik

Senator Eliyev-Putin-Ruhani gorusunun vaxtini aciqladi