İçeriğe geçmek için "Enter"a basın

Gömrük orqanına bəyan olunmayan qəlyan üçün tütün məmulatları ölkəyə buraxılmayıb

02-07-2019

[r32]

2 İyul, 2019  13:30 xeber – Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 0303” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 60 ədəd 1 kq-lıq dəmir qablaşdırmada qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Gomruk orqanina beyan olunmayan qelyan ucun tutun memulatlari olkeye buraxilmayib