İçeriğe geçmek için "Enter"a basın

Bakıda güclü yanğın: böyük sex yandı

15-02-2015


15.02.2015 / 09:54 xeber –

Bu gecə Bakıda güclü yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan 4 boksdan ibarət avtomobil təmiri sexinin damının taxta konstruksiyadan ibarət atmaları 300 kv.m sahədə, içərisində təmirə dayanmış 2 ədəd “NİSSAN” markalı avtoqaldırıcı yanıb. Sexin qalan hissəsi, sexin içərisində təmirə dayanmış “KamAZ” markalı yük avtomobili və sexə bitişik anbarlar yanğından mühafizə olunub.

 

Yanğınsöndürənlər alovu ram edib.

 

Hadisənin səbəbi araşdırılır.

Mənbə : Lent.az

Bakıda güclü yanğın: böyük sex yandı