İçeriğe geçmek için "Enter"a basın

Gözlənilməz istefa: Respublika başçısı xalqa müraciət etdi - VİDEO

25-06-2019

[r32]
İnquşetiya rəhbəri istefa vermək niyyətində olduğunu bildirib Rusiyanın İnquşetiya Respublikasının başçısı Yunus-Bek Yevkurov istefa verdiyini bəyan edib. O bunu respublikanın milli televiziyası ilə yayımlanan müraciətində deyib.
Yevkurov 2008-ci ildən İnquşetiyaya rəhbərlik edir. Başçı öz addımını cəmiyyətdə birliyin olmaması, respublika və şəxsi maraqlar arasında seçim etmək məcburiyyətində qalması ilə izah edib. 
“Gəlin cəsarət göstərək və deyək ki, biz hamımız – təmsil etdiyim hakimiyyət, ictimai, dini təşkilatlar bu gün birliyin olmamasına görə məsuliyyət daşıyırıq. Hər birimiz seçim qarşısındayıq: şəxsi maraqlar, yoxsa respublikanın maraqları”, – Yevkurov bildirib.

Başçı istefa barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini deyib. Yevkurovun səlahiyyətləri 2023-cü ildə bitirdi.
2019-06-25T08:04 xeber – /strong
mənbə :
Sputnik

Gozlenilmez istefa: Respublika bascisi xalqa muraciet etdi – VİDEO