[r32]
24 İyun, 2019 20:30 xeber – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb:
“Report”un məlumatına görə, sərəncamla xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:
Hüseynli Rafiq Anar oğlu – Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, idman sahəsi üzrə
Bağırov Siyavuş Mehdi oğlu – Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə
Əliyeva Duyqu Cabir qızı – Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, incəsənət sahəsi üzrə”.
mənbə :
Report.az