İçeriğe geçmek için "Enter"a basın

ABŞ Hindistanla da ticarət müharibəsinə girişir

16-06-2019

[r32]

Rəsmi Dehli bir sıra Amerika əmtəələrinə yüksək rüsumlar tətbiq edəcək

Hindistan bir sıra ABŞ mallarına yüksək gömrük rüsumları tətbiq edir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, buraya əsasən badam, yunan qozu, alma kimi ABŞ-dan alınan məhsullar daxildir.

Rəsmi Dehli bunu ABŞ-ın Hindistana yönəlik əsas gömrük güzəştlərini geri çağırmasına cavab olaraq tətbiq edir.

Qeyd olunrur ki, bu ilin iyun ayının 5-də ABŞ prezidenti Donald Tramp Ümumi Güzəştlər Sistemi (GSP) çərçivəsində Hindistan üçün ayrılan bir sıra ticari üstünlükləri ləğv edib.

Hindistan bu sistem içində ən böyük benefisiar sayılırdı. Belə ki, ölkə hər il ABŞ-a 5,6 milyard dollar məbləğində əmtəəni rüsumsuz olaraq ABŞ-a göndərə bilirdi.

Vaşinqton cəbhəsində Hindistanın atacağı cavab addımları “yersiz” kimi dəyərləndirilib.

Lakin hələ keçən ilin yayından rəsmi Dehlinin Ağ Evin metal və alüminiuma qoyduğu rüsumlardan azad etmədiyi təqdirdə ABŞ mallarına birdən-birə 120% yüksək tariflər qoymağa hazırlaşdığı barədə xəbərlər gəlir.

Bu məsələ bir neçə dəfə təxirə salınıb. Çünki iki ölkə arasındakı ticarət dövriyyəsi 142,1 milyard dollar həcmindədir.
Siyais ekspertlər ABŞ-ın Hindistanı cəzalandırma tədbirlərini onun Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək niyyətlərinə bağlayırlar. Hindistan da Türkiyə kimi ABŞ-ın xəbərdarlıqlarına rəğmən Rusiyadan S-400 raketlərini almaqda qərarlıdır.

Bundan başqa, hindistanlı rəsmilər Rusiya ilə hərbi aviasiya, sualtı qayıqlar, hava hücumundan müdafiə sistemləri sahəsində də çoxmilyardlı sazişlər bağlamaqdadır.

ABŞ isə dünyanın önəmli silah bazarlarından birini Rusiyaya elə-belə buraxmaq niyyətində deyil. Bu səbəbdən gələn ay dövlət katibi Maykl Pompeonun Hindistana rəsmi ziyarəti gözlənilir.

ABŞ Hindistanla da ticarət müharibəsinə girişir