İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da atışma zamanı 11 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO - FOTO

01-06-2019

[r32]

1 İyun, 2019  02:52 xeber – ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib.

O, qeyd edib ki, hadisə zamanı azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Polis rəisi yaralıların vəziyyəti və hücumçunun adı barədə heç nə deməyib.

Cim Serverin sözlərinə görə, cinayətkar binaya daxil olub və dərhal atəş açmağa başlayıb. Polis hadisə yerinə gəldikdə atışma başlayıb. “Şübhəli şəxs öldürülüb”, – deyə polis bildirib. 


***01:48

ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Virciniya ştatının Virciniya-Biç şəhərində, bələdiyyə mərkəzi yaxınlığında baş verib. Silahlı insident zamanı bir neçə nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs yaxalanıb. 

İnsidentin təfərrüatı açıqlanmır. Digər mətbu orqanlar isə hadisə zamanı 1 nəfərin öldürüldüyünü, 6 nəfərin yaralandığını xəbər veriblər. Şəhər polisi özünün “Twitter” səhifəsində sakinlərə həmin əraziyə getməməyi tövsiyə edib. Məlumata görə, hadisəni 1 nəfər törədib. 

Daha əvvəl ABŞ-da baş vermiş atışma zamanı 7 nəfər xəsarət alıb.  



mənbə :
Report.az

ABS-da atisma zamani 11 nefer oldurulub, daha 6 nefer yaralanib – YENİLENİB – VİDEO – FOTO