İçeriğe geçmek için "Enter"a basın

Müharibə veteranlarına müavinət, təqaüd və kompensasiya üçün sənədlərin siyahısına dəyişiklik edilib

01-06-2019

[r32]

1 İyun, 2019  02:30 xeber – Nazirlər Kabineti “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 9 yanvar tarixli 2 nömrəli və “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli qərarlarında dəyişikliklər edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın 1-ci hissəsindən “və “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli Fərmanının 1.9-cu bəndi” sözləri çıxarılıb. Həmçinin Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib: – 2.22-ci bənd (müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün) və 2.24-cü bənd (müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün) ləğv edilib. Qərar aşağıdakı məzmunda 2.33-cü bənd əlavə olunub: “2.33. müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün: 2.33.1. müharibə veteranı vəsiqəsinin surəti.”

Qərarın 2-ci hissəsi 2019-cu il aprelin 1-dən tətbiq edilir.



mənbə :
Report.az

Muharibe veteranlarina muavinet, teqaud ve kompensasiya ucun senedlerin siyahisina deyisiklik edilib