İçeriğe geçmek için "Enter"a basın

Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvləri müəyyənləşdirilib

01-06-2019

[r32]

1 İyun, 2019  02:06 xeber – Nazirlər Kabineti “Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 7 yanvar tarixli 1 nömrəli Qərara dəyişiklik edib.

“Report” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri – Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Kollegiyanın üzvləri: – Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri, Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbərinin müavini, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının I ərazi şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının II ərazi şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının III ərazi şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının IV ərazi şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə və təminat şöbəsinin müdiri.



mənbə :
Report.az

Diasporla İs uzre Dovlet Komitesinin kollegiya uzvleri mueyyenlesdirilib