İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

01-06-2019

[r32]

1 İyun, 2019  01:48 xeber – ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Virciniya ştatının Virciniya-Biç şəhərində, bələdiyyə mərkəzi yaxınlığında baş verib. Silahlı insident zamanı bir neçə nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs yaxalanıb. 

İnsidentin təfərrüatı açıqlanmır. Digər mətbu orqanlar isə hadisə zamanı 1 nəfərin öldürüldüyünü, 6 nəfərin yaralandığını xəbər veriblər. Şəhər polisi özünün “Twitter” səhifəsində sakinlərə həmin əraziyə getməməyi tövsiyə edib. Məlumata görə, hadisəni 1 nəfər törədib. 

Daha əvvəl ABŞ-da baş vermiş atışma zamanı 7 nəfər xəsarət alıb.  



mənbə :
Report.az

ABS-da atisma olub, olen ve xesaret alanlar var