İçeriğe geçmek için "Enter"a basın

Ermənistan polisinin bir sıra şəxslərinə qarşı cinayət işi açılıb

01-06-2019

[r32]

1 İyun, 2019  00:59 xeber – Ermənistanın Xüsusi İstintaq Xidməti Dövlət Nəzarət Xidməti tərəfindən ölkə polisində keçirilmiş yoxlamaların nəticəsinə görə bir sıra şəxslərə qarşı cinayət işi başlayıb.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan bildirib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu maddələri üzrə (sahibkar fəaliyyətində qanunsuz iştirak) cinayət işi başlayıb.

Xatırladaq ki, yoxlamalar satınalmaların təşkili sahəsində keçirilib. Qanun pozuntuları 2008-ci ildən başlayaraq aşkarlanıb. 



mənbə :
Report.az

Ermenistan polisinin bir sira sexslerine qarsi cinayet isi acilib