İçeriğe geçmek için "Enter"a basın

Çin ABŞ-ın Tayvanla bağlı bəyanatlarına etiraz edib

01-06-2019

[r32]

1 İyun, 2019  00:17 xeber – Çinin müdafiə naziri Vey Fenhe Pentaqonun başçısı vəzifəsini icra edən Patrik Şanahanla görüşdə ABŞ-ın Tayvanla bağlı son addımları ilə əlaqədar etirazını ifadə edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

“Amerika tərəfi son zamanlar Tayvanla bağlı “bir Çin” prinsipini pozan bir sıra bəyanatlar yayıb və addımlar atıb. Çin tərəfi buna öz etirazını ifadə edir”, – deyə Vey Fenhe bildirib.

Nazirin sözlərinə görə, rəsmi Pekin və Vaşinqton sıx əlaqələri dəstəkləməli və ikitərəfli münasibətlərin sabit inkişafına kömək etməlidir.

Şanahan isə öz növbəsində qeyd edib ki, iki dövlətin silahlı qüvvələri əlaqələri dəstək verməli və açıq dialoqa tərəfdar olmalıdır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, iyunda Osakada G20 sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Çzinpinlə görüşü, xüsusi halda ticarət sahəsində ikitərəfli mübahisələri müzakirə etməyi səbirsizliklə gözləyir.



mənbə :
Report.az

Cin ABS-in Tayvanla bagli beyanatlarina etiraz edib