İçeriğe geçmek için "Enter"a basın

Həmsədrlər erməni nazirlə Qarabağdakı vəziyyəti müzakirə ediblər

27-05-2019

[r32]
David Tonoyan Zakir Həsənovla arasında operativ əlaqənin olmasını istəyir
2019-05-27T22:27 xeber – Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb.

Sputnik Ermənistan xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədindəki mövcud vəziyyət, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttindəki situasiya müzakirə olunub.

Məlumata görə, Tonoyan görüşdə Ermnistan və Azərbaycanın siyasi rəhbərliyi arasında 2018-ci ilin oktyabrında qurulmuş operativ əlaqənin vacibliyini qeyd edib və ölkələrin hərbi komandanlıqları arasında da analoji kommunikasiyanın yaradılmasının vacibliyini vurğulayıb.

Read more: https://sputnik.az/karabakh/20190527/420498538/tonoyan-hemsedrlerle-gorusub.html
mənbə :
Sputnik

Hemsedrler ermeni nazirle Qarabagdaki veziyyeti muzakire edibler