İçeriğe geçmek için "Enter"a basın

Parisin Luvr muzeyi bu bazar ertəsi bağlı olub

27-05-2019

[r32]

27 May, 2019  22:31 xeber – Parisin Luvr muzeyi bu bazar ertəsi bağlı qalıb. 

“Report”un Fransa bürosu xəbər verir ki, muzeyin qapılarını ziyarətçilərin üzünə açmamasının səbəbi işçilərinin işə çıxmaqdan imtina etmələri olub.

İşçilərin qəzəbinə səbəb iş şəraitinin pisləşməsi olub.

Qeyd edək ki, 2018-ci ildə Luvr muzeyini ziyarət edənlərin sayı 10,2 milyonu ötüb. 2019-cu ildə isə ziyarətçilərin sayı daha 20 faiz artıb.

Bütün bunlara rəğmən, muzey işçilərinin sayı getdikcə azaldılıb. 



mənbə :
Report.az

Parisin Luvr muzeyi bu bazar ertesi bagli olub