İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda mədənçilərin tətili başa çatıb

27-05-2019

[r32]

27 May, 2019  21:42 xeber – Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, mədənçilər və “Gürcüstan manqanı” şirkəti arasında aparılan danışıqlar müsbət nəticələnib.

Razılığa əsasən, il ərzində mədənçilərin əməkhaqları 35% artırılacaq.

Çiaturada olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Tirnava bildirib ki, mədənçilər sabahdan etibarən işə çıxacaqlar.

Qeyd edək ki, 11-ci gündür tətil edən mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. 



mənbə :
Report.az

Gurcustanda medencilerin tetili basa catib