[r32]
27 May, 2019 21:42 xeber – Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili dayandırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, mədənçilər və “Gürcüstan manqanı” şirkəti arasında aparılan danışıqlar müsbət nəticələnib.
Razılığa əsasən, il ərzində mədənçilərin əməkhaqları 35% artırılacaq.
Çiaturada olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Tirnava bildirib ki, mədənçilər sabahdan etibarən işə çıxacaqlar.
Qeyd edək ki, 11-ci gündür tətil edən mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
mənbə :
Report.az