İçeriğe geçmek için "Enter"a basın

Gürcü dindarlar 'Keşikçi Dağ' məsələsinə görə Azərbaycana gedən yolu bağlayıblar

26-05-2019

[r32]

26 May, 2019  18:53 xeber – Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.



mənbə :
Report.az

Gurcu dindarlar ‘Kesikci Dag’ meselesine gore Azerbaycana geden yolu baglayiblar