İçeriğe geçmek için "Enter"a basın

Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə səsverib

26-05-2019

[r32]

26 May, 2019  15:59 xeber – Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə səs verib.

Bu barədə “Report” BFM-ə istinadən xəbər verir.

Bildirilir ki, dövlət başçısı və xanımı Le-Tukedəki seçki məntəqəsinə gələrək burada səs veriblər. Şəhərin mərkəzi hissəsində Makron ailəsinin malikanəsi yerləşir. Malikanəni Fransanın birinci xanımı Bricitə valideynləri hədiyyə edib.

Ev seçki məntəqəsinin fəaliyyət göstərdiyi meriyaya yaxındır. Lakin təhlükəsizliyə görə, Fransa lideri seçkilərə avtomobillə gəlib.

Dövlət başçısı sakinlərlə görüşüb. Lakin bu, xeyli sayda mühafizəçinin müşayiəti ilə baş tutub. 



mənbə :
Report.az

Emmanuel Makron Avropa Parlamentine seckilerde sesverib