İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan parlamentinin sədri: “Dost Azərbaycanla birgə Keşikçi Dağı məsələsinin həlli yolunu tapacağıq”

26-05-2019

[r32]

26 May, 2019  12:49 xeber – “Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyət təəssüf doğurur. Lakin əminik ki, dost ölkə olan Azərbaycanla birgə məsələnin uyğun həll yolunu tapacağıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.

O deyib ki, iki ölkə arasında məsələ ilə bağlı danışıqlar aparılır: “Parlament də daxil olmaqla, Gürcüstan tərəfi danışıqlarda fəal iştirak edəcək. Danışıqlarla iki dost ölkə arasında məsələnin həlli yolu tapılacaq”.



mənbə :
Report.az

Gurcustan parlamentinin sedri: “Dost Azerbaycanla birge Kesikci Dagi meselesinin helli yolunu tapacagiq”