İçeriğe geçmek için "Enter"a basın

Marçello Lippi yenidən Çin yığmasının baş məşqçisi təyin olunub

24-05-2019

[r32]

24 May, 2019  09:58 xeber – İtaliyalı Marçello Lippi yenidən futbol üzrə Çin milli komandasının baş məşqçisi təyin olunub.

“Report” Çin Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssislə 2022-ci ilə qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Lippi bu ilin yanvarında Asiya Kubokunun 1/4 final mərhələsində İran yığmasına 0:3 hesablı məğlubiyyətindən sonra Çin yığmasından ayrılmışdı.



mənbə :
Report.az

Marcello Lippi yeniden Cin yigmasinin bas mesqcisi teyin olunub