[r32]
24 May, 2019 09:30 xeber – Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,3 ABŞ dolları və yaxud 4,45% azalıb.
“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 70,90 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
mənbə :
Report.az