[r32] 
20 May, 2019 18:27 xeber – Sumqayıtda 26 yaşlı gənci avtomobil vurub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Vüsal Cəbrayılovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
                      
mənbə : 
Report.az