[r32]
Mövcud Bakı-Tbilisi-Bakı marşrut xəttinə də əlavə avtobuslar buraxılacaq 2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə xarici ölkələrdən çox sayda futbol azarkeşinin Bakıya gəlişi gözlənilir.
Azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.
Bu barədə Sputnik Azərbaycan-a DANX-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.
27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq.
2019-05-20T17:43 xeber – /strong
mənbə :
Sputnik
Rayon marşrutları üzrə əlavə 100 sərnişin avtobusu xəttə buraxılacaq
20-05-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib