İçeriğe geçmek için "Enter"a basın

İTV Avropa Yayımları Birliyindən səhvə görə açıqlama tələb edib

19-05-2019

[r32]
İTV Avropa Yayımları Birliyindən Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb edib İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.
“Report” xəbər verir ki, müraciət ötən gün “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.
“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”, – deyə məlumatda bildirilir.
2019-05-19T23:19 xeber – /strong
mənbə :
Sputnik

İTV Avropa Yayimlari Birliyinden sehve gore aciqlama teleb edib