[r32]
Krallığın xarici işlər naziri Adil Əl Cubeyr bildirib ki, Ər-Riyad regionda müharibə başlamasını istəmir və bunun qarşısını almaq üçün əlindən gələni edir Səudiyyə Ərəbistanının kralı Salman ərəb dünyasının liderlərini Məkkədə təcili toplanmağa çağırıb.
Oxu.az-ın məlumatına görə, buna səbəb İranla münasibətlərin kəskinləşməsidir. Birləşmiş Ərəb Əmirliyi sahilləri yaxınlığında neft tankerlərinə edilən təxribat və ərəblərin iki neft ötürmə stansiyasına xusitlərin hücumu monarxı Ərəb Dövlətləri Liqasına və İran Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına çağırış etməyə vadar edib.
Sammit iyunun 30-da Məkkə şəhərində toplanacaq. Həmin gün Məkkədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli görüşü planlaşdırılıb.
Krallığın xarici işlər naziri Adil Əl Cubeyr bildirib ki, Ər-Riyad regionda müharibə başlamasını istəmir və bunun qarşısını almaq üçün əlindən gələni edir:
“Lakin Səudiyyə Ərəbistanı bütün gücü və qərarlılığı ilə təxribatlara cavab verəcək”, – deyən nazir bütün dünya ölkələrini “regionda təhükəsizlik və sabitliyi pozmağa çalışan Tehranın xaos toxumları səpməsinin” qarşısını almağa çağırıb.
2019-05-19T21:12 xeber – /strong
mənbə :
Sputnik
Kral ərəb dövlətlərinin təcili sammitini çağırır - İrana görə
19-05-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib