[r32]
Hadisə şahidləri bildirirlər ki, mərhum sinəsindən yumruq zərbələri alıb Masallı rayonunda ölümlə nəticələnən münaqişə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Təzəkənd sakini, 1953-cü il təvəllüdlü Bəxtiyar Rəhmanov bir qrup şəxs tərəfindən döyülüb.
© Bəxtiyar Rəhimovun ailəsi tərəfindən təqdim olunubBəxtiyar Rəhimov
Kəndin su kanalı üzərindən salınan körpünün dağıdılması zamanı mübahisə yaranıb. Belə ki, “Qazel” markalı mikroavtobusla əraziyə gələn Vəfadar, Elnur, Pərvin, Telman və İlham adlı 5 nəfər mal-qaranın torpaqlarına keçməsinin qarşıını almaq üçün körpünü sökməyə başlayıblar. Bəxtiyar Rəhmanov isə söküntü işlərinə mane olmağa çalışıb.
Hadisə şahidləri bildirirlər ki, mərhum sinəsindən yumruq zərbələri alıb. Nəticədə halı pisləşən B.Rəhmanov yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə aparılıb. Faktla bağlı araşdırma davam edir.
2019-05-16T22:47 xeber – /strong
mənbə :
Sputnik
Masallıda 66 yaşlı kişini körpü üstündə döyüb öldürdülər
16-05-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib