İçeriğe geçmek için "Enter"a basın

Dubay aeroportunda ABŞ-a məxsus təyyarə qəzaya uğrayıb

16-05-2019

[r32]

16 May, 2019  22:44 xeber – Amerikanın “Honeywell” şirkətinə məxsus “Diamond DA40” tipli birmühərrikli təyyarə cümə axşamı Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əş-Şark əl-Ausat” qəzeti yazıb.

Nəticədə göyərtədə olan dörd nəfərdən ikisi – pilot və köməkçisi ölüb.

Qəzaya ilkin səbəb olaraq texniki nasazlıq göstərilir.

Dubay hava limanı qəzadan sonra bir müddət fəaliyyətini dayandırıb. Hazırda ştat rejimində işləyir.



mənbə :
Report.az

Dubay aeroportunda ABS-a mexsus teyyare qezaya ugrayib