İçeriğe geçmek için "Enter"a basın

Mikayıl Cabbarov: 'Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb'

16-05-2019

[r32]

16 May, 2019  21:56 xeber – “Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəməni nəzərəçarpacaq dərəcədə artırıb”.

“Report” xəbər verir ki, bunu AZTV-nin “Günün nəbzi” verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.

“Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır”, – deyə nazir qeyd edib.



mənbə :
Report.az

Mikayil Cabbarov: ‘Konullu vergi odemeleri nezere carpacaq derecede artib’