[r32]
Gənclər və İdman Nazirliyi Mxitaryana təhlükəsizlik təminatı verilməməsi barədə iddiaya münasibət bildirib Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi barədə iddiaya münasibət bildirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət tərəfindən iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərilib.
Nazirlik bu səbəbdən deyilənlərin heç bir reallığa sağmadığını vurğulayıb.
Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici görüşdə “Arsenal”la “Çelsi” qarşılaşacaqlar.
2019-05-12T14:30 xeber – /strong
mənbə :
Sputnik
Nazirlik erməni əsilli futbolçu ilə bağlı iddialara aydınlıq gətirdi
12-05-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib