[r32]
Anar Süleymanov: “Qızların hər biri öz şəxsi müəllimində məşq edəcək” Bir müddət əvvəl 10 günlük həbs edilməsi ilə gündəmə gələn, Azərbaycan Kikboksinq Federasiyasının qızlardan ibarət milli komandasının baş məşqçisi Anar Süleymanov Federasiyadan ayrılıb. Bu barədə idmançının özü Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
CC0 / sluehr3g / gunAğdaşda karate müəllimi 500 manata görə öldürülüb
A.Süleymanov deyib ki, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev qızlardan ibarət milli komandanın baş məşqçilik postunu ləğv etmək qərarına gəlib: “Rəhbərlik ilə danışdıq və qərar verildi ki, post ləğv olunsun. Qızların hər biri öz şəxsi müəllimi ilə məşq edəcək. Mən də Kikboksinq Federasiyasından getməyə qərar verdim”.
“Bir sözlə, Kikboksinq Federasiyasında qızlardan ibarət milli komandanın baş məşqçisi postu ləğv edildi. İndi də Federasiya rəhbərliyi ilə dostluq münasibətlərim qalmaqdadır. Sadəcə olaraq iş yerimi dəyişmək qərarına gəldim”, – deyə, o əlavə edib.
Məşqçi yeni iş yerini də açıqlayıb: “Bir neçə federasiyadan təklif gəldi, amma Konq-fu Federasiyasını seçdim. Bu gündən etibarən Konq-fu Federasiyasının qızlardan ibarət milli komandasında baş məşqçi kimi fəaliyyətə başlayıram”.
“İnanıram ki, Kikboksinq Federasiyasında qazandığımız uğurları, ən azı, bu idman növündə də təkrarlayacağıq. Hətta daha da yaxşı nəticə göstərə biləcəyik. Bunun üçün istedadlı gənclərimiz də çoxdur”, – deyə A.Süleymanov vurğulayıb.
2019-05-07T19:31 xeber – /strong
mənbə :
Sputnik
Həbs olunan baş məşqçi federasiyadan getdi
07-05-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib