İçeriğe geçmek için "Enter"a basın

Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna vəzifə verdi

07-05-2019

[r32]
Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb Daxili işlər orqanlarında yeni təyinat olub.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.
Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.
2019-05-07T19:05 xeber – /strong
mənbə :
Sputnik

Ramil Usubov Medet Quliyevin qardasi ogluna vezife verdi