[r32]
Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə baxılıb.
Qanuna 32-1-ci maddə (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) əlavə edilir.
Əlavəyə görə, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3000 manat, ümumtəhsil müəssisələri 5000 manat, məktəbdənkənar təhsil müəssisələri 7000 manat, peşə təhsili müəssisələri 10000 manat, orta ixtisas təhsili müəssisələri 15000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15000 manat dövlət rüsumu ödəyəcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
2019-05-07T15:37 xeber – /strong
mənbə :
Sputnik
Yeni dövlət rüsumları tətbiq olunacaq
07-05-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib