İçeriğe geçmek için "Enter"a basın

Biləyinə şüşə düşdu - Zaqatala bədbəxt hadisə

30-04-2019

[r32]
xeber –

 

Zaqatalada 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Muğanlı kənd sakini, 1987-ci il təvəllüdlü Elmar Qurbanəli oğlu Qurbanəliyev sağ biləyinin kəsilmiş yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, müayinə zamanı E.Qurbanəliyev yaşadığı ünvanda işləyən zaman ehtiyatsızlıqdan şüşə onun sağ qoluna düşərək bilək nahiyəsində vətərləri kəsib. E.Qurbanəliyevin xəsarəti nəzərə alınaraq ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Lent.az

Bileyine suse dusdu – Zaqatala bedbext hadise