İçeriğe geçmek için "Enter"a basın

ÇL: Yarımfinalın ikinci oyununda “Barselona” “Liverpul”la qarşılaşacaq

30-04-2019

[r32]
xeber –

Sabah Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

 

ONA-nın məlumatına görə, günün yeganə matçı İspaniyada keçiriləcək.

 

“Barselona” öz meydanında İngiltərə təmsilçisi “Liverpul”u qəbul edəcək. La Liqada çempionluğu rəsmiləşdirən kataloniyalılar artıq bütün diqqətini Avropaya yönəldib. 

Ernesto Valverde yalnız zədəli Rafinyanın xidmətindən məhrumdur. Həm daxili, həm beynəlxalq arenada mübarizəsini davam etdirən “Liverpul” isə görüşə itkisiz çıxacaq. Düzdür, Yurgen Klopp zədədən sonra vəziyyətləri qeyri-müəyyən olan Roberto Firmino və Lallananın durumunu son anda biləcək.

 

Bu, iki komandanın avrokuboklarda 5-ci dueli olacaq. Sonuncu dəfə “Barselona” ilə “Liverpul” arasında qarşılaşmalar 2006/07 mövsümündə Çempionlar Liqasının 1/8 finalında baş tutub. Həmin vaxt “Nou Kamp”da 2:1 hesabı ilə qalib gələn ingiltərəlilər evdə bir cavabsız qol buraxsa da, səfərdəki toplar sayəsində mərhələ keçib.

 

Qeyd edək ki, bu gün keçiriləcək yarımfinalın ilk oyununda “Tottenhem” (İngiltərə) “Ayaks”ı (Hollandiya) qəbul edəcək.

 

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

23:00. “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Byorn Kuypers (Hollandiya)

Barselona. “Nou Kamp” stadionu


mənbə :
Lent.az

CL: Yarimfinalin ikinci oyununda “Barselona” “Liverpul”la qarsilasacaq