İçeriğe geçmek için "Enter"a basın

Yaponiya imperatoru taxtdan imtina etdi

30-04-2019

[r32]
xeber –

Bu gün Yaponiya imperatoru Akihito rəsmən taxtdan imtina edib.

 

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, eyni zamanda Akihito xalqa vida müraciəti edib. Taxtdan imtina mərasimi Tokioda imperator sarayında keçirilir.

 

Mərasimdə 300 nəfər iştirak edir. Tədbirə həmçinin taxtın varisi Naruxito da qatılıb. Sabahdan yeni imperator səlahiyyətlərinin icrasına başlayacaq. 

 

Akihto 30 il Yaponiyanın imperatoru olub. 


mənbə :
Lent.az

Yaponiya imperatoru taxtdan imtina etdi