İçeriğe geçmek için "Enter"a basın

Dövlət başçısı iki tanınmış şəxsi mükafatlandırıb

29-04-2019

[r32]
İlham Əliyev onların “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Qasımov Balakişi Ələkbər oğlu
Talıbov Elman Eldar oğlu”.

Qeyd edək ki, B.Qasımov hazırda Azərbaycan İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) baş direktorudur.
2019-04-29T18:46 xeber – /strong
mənbə :
Sputnik

Dovlet bascisi iki taninmis sexsi mukafatlandirib