İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda FACİƏ: fəhlə divarın altında qaldı

22-04-2019

[r32]
xeber –

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

 ONA-nın yerli bürosunun xəbərinə görə rayonun Qoşakənd kənd sakini, 1987-ci il təvəllüdlü Nurməmmədov Elnur Səməd oğlu "Qocalar evi" adlanan köhnə binanın söküntüsü zamanı divarın uçması nəticəsində beton plitənin altında qalıb.

 

Söküntü yerində fəhlə işləyən E.Nurməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


mənbə :
Lent.az

Azerbaycanda FACİE: fehle divarin altinda qaldi