İçeriğe geçmek için "Enter"a basın

Sirkə turşusu içən qadını xilas etmək mümkün olmadı

21-04-2019

[r32]
Lənkəranda qadın ailə münaqişəsi zamanı sirkə içib öldü Lənkəran rayonunun Ürgə kəndində intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Zamanlı Xalidə Zeynal qızı Rayon Mərkəzi Xəstəxanasında keçinib.
Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.
Faktla bağlı araşdırma aparılır.
2019-04-21T18:35 xeber – /strong
mənbə :
Sputnik

Sirke tursusu icen qadini xilas etmek mumkun olmadi