İçeriğe geçmek için "Enter"a basın

Hüquqşünas: “Yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması ehtiyyac var”

21-04-2019

[r32]
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, islahatların sürətləndirilməsi üçün qəbul edilmiş qərarların tam və vaxtında icra edilməsi təmin olunmalıdır
2019-04-21T17:52 xeber -Əliməmməd Nuriyev: “Fərmanda digər qurumlar üçün tövsiyyələr mövcuddur”
“İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər”. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsinə ehtiyyac var:

“Bu sürətləndimə üçün məhkəməyə çıxış imkanlarının genişləndirilməsi, məhkəmələrin fəalliyyətində şəffaflığın dərinləşdirilməsi, qəbul edilmiş qərarların tam və vaxtında icra edilməsi təmin olunmalıdır. Prezidentin imzaladığı fərmanda digər qurumlar üçün də tövsiyyələr mövcuddur. Fərmanın icarısının təmin edilməsi üçün Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə konkret tapşırıqlar qoyulub”.

Qeyd edək ki, aprelin 3-də Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

mənbə :
Sputnik

Huquqsunas: “Yuksek nufuza malik edalet muhakimesinin formalasdirilmasina ehtiyac var”