İçeriğe geçmek için "Enter"a basın

Türkiyənin ana müxalifət partiyası liderinə hücum – VİDEO

21-04-2019

[r32]
Naməlum şəxslər Kamal Kılıcdaroğluna hücum edib, partiya lideri polis tərəfindən gizlədilib
2019-04-21T17:14 xeber – Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.

Naməlum qrup CHP liderinə qarşı şüarlar səsləndirib. Gərginlik dəfn mərasiminin sonunda daha da artıb, qrup K. Kılıçdaroğluna hücum çəkib. Mühafizəçilərin səylərinə baxmayaraq, CHP liderinə yumruq zərbələri endirilib. Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib. Qrup evi daş-kəsək atıb.

Polis CHP sədrini qəzəbli kütlədən qorumağa çalışır. Evin qarşısına bir zirehli maşın da gətirilib.

Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.

Artıq bir çox partiyalar, o cümlədən hakim AKP Kılıcdaroğluna hücumu pisləyən bəyanatla çıxış edib.


mənbə :
Sputnik

Turkiyenin ana muxalifet partiyasi liderine hucum – Video