İçeriğe geçmek için "Enter"a basın

İsmayıllı sakini “Məni axtarmayın” dedi və itkin düşdü

21-04-2019

[r32]
49 yaşlı kişi ailə üzvləri ilə görüşərək naməlum istiqamətdə yoxa çıxıb İsmayıllı sakini naməlum səbəbdən itkin düşüb.
Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, İsmayıllı şəhər sakini, Sumqayıtda kirayə yaşayan 1970-ci il təvəllüdlü İsmayılov Sənan Razim oğlu 14 aprel 2019-cu il tarixdə 31-BE-038 dövlət nömrə nişanlı “VAZ 2107” markalı şəxsi minik avtomobilini İsmayıllıda yaşayan qardaşı Rahil İsmayılovun evinə gətirib, açarları qardaşının ailəsinə verib və “Məni axtarmayın” deyərək naməlum istiqamətə gedib.
Qardaşı Rahil İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Onun tapılması üçün barəsində axtarış elan olunub. Polis əməkdaşları hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Sənan İsmayılov qardaşının evindən çıxarkən əynində cins şalvar, göy rəngli gödəkcə olub. Məlumata görə, üç uşaq atası olan Sənan İsmayılov həyat yoldaşından boşanaraq kirayə evdə yaşayırmış.
2019-04-21T15:26 xeber – /strong
mənbə :
Sputnik

İsmayilli sakini “Meni axtarmayin” dedi ve itkin dusdu