İçeriğe geçmek için "Enter"a basın

Azay Quliyev Ankarada Türkiyə parlamentinin vitse-spikeri ilə görüşdü - FOTO

17-04-2019

[r32]
xeber –

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bu gün Ankarada Türkiyə parlamentinin vitse-spikeri cənab Sürəyya Sadi Bilgiçlə görüşüb. Lent.az bildirir ki, görüşlər barədə məlumat Azay Quliyevin tvitter hesabında paylaşılıb. Görüşdə ATƏT PA -Türkiyə əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində birgə fəaliyyət, Azərbaycan-Türkiyə parlamentlərinin beynəlxalq miqyasda irəli sürdükləri təşəbbüslər müzakirə edilib.

 

Azay Quliyev bu gün həmçinin, Türkiyə Daxili İşlər nazirinin müavini Mehmet Ərsoyla da görüşüb. Görüşdə Azərbaycan Türkiyə QHT-lərinin əməkdaşlıq platformasının yaradılması haqqında razılıq əldə edilib. 

 

Deputat Azay Quliyev bu qərarın hər iki qardaş ölkənin milli maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. 

 

 


mənbə :
Lent.az

Azay Quliyev Ankarada Turkiye parlamentinin vitse-spikeri ile gorusdu