İçeriğe geçmek için "Enter"a basın

Evində xeyli narkotik vasitələr gizlətdi: YAXALANDI - FOTO

16-04-2019

[r32]
xeber –

Salyan sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib.

 

ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Salyan polisinin əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətdə 8 ədəd çətənə bitkisi aşkar edilib.

 

Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə :
Lent.az

Evinde xeyli narkotik vasiteler gizletdi: Yaxalandi